Slimfit
  1. DÜNYA

ABŞ-la müharibənin bitdiyini elan etdilər

ABŞ-la müharibənin bitdiyini elan etdilər
Sakura

Şimali Koreya hökuməti ABŞ tərəfinə müharibəni sonlandırmaq və atəşkəs razılaşmasını sülh razılaşmasına…

Şimali Koreyanın atəşkəs elan etməsi sadəcə Koreya yarımadasında deyil, həmçinin bölgə və dünyada sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində ilk addımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Şimali Koreyanın rəsmi qəzeti "Rodong Sinmun" yazıb.

Qəzetin yazdığına görə, ABŞ və Şimali Koreyanın hərbçilərinin birgə yayımladığı bəyannamədə bölgədə təhlükəsizliyin əldə olunması üçün şərtlər yaradıb.

Məlumata əsasən Şimali Koreya hökuməti ABŞ tərəfinə müharibəni sonlandırmağı və atəşkəs razılaşmasını sülh razılaşmasına dəyişməyi təklif edib.

Qeyd edək ki, iyunun 12-i Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. Liderlərin təkbətək və geniştərkibli formatda keçirilmiş görüşləri, ümumilikdə bir saat yarım davam edib. Görüşdən sonra tərəflər birgə sənəd imzalayıblar.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR