Slimfit
  1. DÜNYA

ABŞ Konqresinin kəşfiyyat komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə hazırlayacaq

ABŞ Konqresinin kəşfiyyat komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə hazırlayacaq
Sakura

ABŞ Konqresinin kəşfiyyat komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə hazırlayacaq

ABŞ Konqresində kəşfiyyata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə hazırlanmasını təklif edilib.

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff kəşfiyyat haqqında qanuna düzəliş layihəsini Komitəsinin müzakirəsinə təqdim edib.

Düzəliş gələn həftə müzakirə olunacaq və komitə tərəfindən təsdiq edilərsə, Konqresə göndəriləcək. Nümayəndələr Palatası ilə Senat tərəfindən eyni formada qəbul olunarsa və prezident tərəfindən imzalanarsa, qüvvəyə minəcək.

Düzəlişə əsasən, Ratkliff 90 gün ərzində konqresmenlərə iki hesabat təqdim edəcək – açıq və qapalı. Hesabatda aşağıdakı müddəalar yer almalıdır:

- ABŞ və onun Ermənistandakı və Azərbaycandakı tərəfdaşlarının strateji maraqları nədən ibarətdir?

- Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi zonasında güc tətbiqi və təcavüz mənbəyi kimlərdir?

- ABŞ-ın Azərbaycana və Ermənistana hərbi yardımı necədir və bu, Cənubi Qafqaza necə təsir göstərir?

-Dağlıq Qarabağ münaqişəsi zonasında yaxın və ortamüddətli perspektivdə güc tətbiqi ilə bağlı proqnozlar necədir?

Mənbə: Baki-xeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR