Dərc edildi: Baxış sayı: 289
ABŞ İrana görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
“Amerika Birləşmiş Ştatları sabah, mayın 31-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bunlar xüsusilə ixrac məhdudiyyətlərini nəzərdə tutur”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.
“Sabah (31 may – red.) biz Ukrayna vətəndaşlarına və mülki infrastruktura hücum etmək üçün istifadə edilən İran pilotsuz uçuş aparatlarında tapılan texnologiyalara ixrac nəzarəti əsasında yeni tədbirləri elan edəcəyik. Bu Rusiya dezinformasiyası ilə mübarizə aparmaq, hüquq müdafiəçilərini qorumaq üçündür”, - Blinken bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət