ABŞ İran qarşısında geri çəkilir - Qüvvələrini o ölkədən çıxardı
ABŞ Hərbi Hava Qüvvələri Qətərdə yerləşən Əl-Udeyd bazasındakı Birləşmiş Hava və Aviasiya Əməliyyatları Mərkəzini bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” informasiya yayıb.
Hərbi Hava Qüvvələrinin Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyadakı hərəkatlarının idarə edildiyi mərkəz Cənubi Karolina ştatındakı Şav Hava Qüvvələrinin bazasına yerləşdirilib.
Vaşiqntonun hərəkat mərkəzini öz sərhədləri çərçivəsində yerləşdirməsi bölgədə İranla yaşanan gərginliyin fonunda diqqət çəkib. Hərbi Hava Qüvvələrindən də bunu təsdiq edən açıqlama gəlib.
İranın bir neçə dəfə bölgədəki ABŞ mövqelərini vurmaq niyyətini açıq şəkildə ifadə etməsi hərəkat mərkəzinin yerləşdiyi bazanın hədəf ola biləcəyi ehtimalını yüksəldib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət