Dərc edildi: Baxış sayı: 738
ABŞ-ın tanınmış universitetinin professoru Azərbaycanda erməniləri dəstəklədi
Amerikanın Nyu-York ştatının Sirakuz şəhərindəki tanınmış özəl universitetin professoru Rayan Qriffits Azərbaycan Respublikasının dövlət sərhədlərini pozaraq Xankəndindəki separatçılarla görüşə gəlib.
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, siyasi elmlər doktoru olan və əsasən dünyada suverenlik, müstəqillik, dövlətçilik konsepsiyalarını tədqiq edən amerikalı professoru qondarma erməni rejiminin “parlament sədri” sayılan Aşot Qulyan ad-soyadlı adamabənzər məxluq qəbul edib. Söhbət zamanı separatçı rejimin beynəlxalq səviyyədə “tanınması”, Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, eləcə də Azərbaycan dövlətinin işğal altındakı torpaqlarımıza gələn əcnəbilərə “təzyiq göstərməsi” məsələsi müzakirə olunub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət