Slimfit
  1. DÜNYA

ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı

ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı
Sakura

ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı

ABŞ rəhbərliyinin İrana qəzəbli münasibəti İran xalqının müstəqilliyindən və Tehranın Vaşinqtona qarşı müxalifətindən qaynaqlanır.

Lenta.ru-nun məlumatına görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xameneyi “Twitter”də bəyan edib.

“İranın ABŞ-a qarşı müqaviməti bütün dünya üçün cəlbedicidir. Vaşinqton İİR-in müstəqil dövlət imicinə və təcavüzkara qarşı müqavimət göstərən millətinə görə İran xalqına qəzəblənir”, - deyə o bildirib.

Ayətullah Xameneyi bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlılarının komandirinin öldürülməsini “qorxaq kimi davranan və artıq imicini bərpa edə bilməyən ABŞ üçün rüsvayçılıq” adlandırmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR