Dərc edildi: Baxış sayı: 516
ABŞ-ın bu şərtini rədd edirik - Türkiyə
Bu gün S-400-lə bağlı ABŞ-ın təzyiqləri qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Müəyyən xarici siyasət yürütməyə çalışırıq. Təbii ki, müstəqil dövlətik. NATO üzvüyük, müttəfiqik. Bir çox beynəlxalq təşkilatlara üzvük. ABŞ-a: “Bu məsələ ilə bağlı narahatlıq varsa, birgə işçi qrupu yarada bilərik” dedik. Bunu qəbul etməyib, hər fürsətdə “S-400 almayacaqsınız!” deyən bir ölkənin şərtini rədd edirik”, - deyə XİN rəhbəri bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət