Slimfit
  1. DÜNYA

ABŞ iki illik fasilədən sonra Türkiyəyə yeni səfir təyin edib

ABŞ iki illik fasilədən sonra Türkiyəyə yeni səfir təyin edib
Sakura

ABŞ iki illik fasilədən sonra Türkiyəyə yeni səfir təyin edib

ABŞ iki illik fasilədən sonra Türkiyəyə yeni səfir təyin edib.

APA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “Twitter” səhifəsində qeyd edilib. 

“Ötən gecə ABŞ Senatı Devid Saterfildi ABŞ-ın Türkiyədəki yeni səfiri olaraq təsdiq edib. Yaxın gələcəkdə onu qarşılamağı səbirsizliklə gözləyirik”, - deyə “Twitter”də yazılıb. 

Karyera səfiri olan Devid Saterfildin namizədliyi bu ilin fevralında ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. 

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri postu 2017-ci ildən bu yana boş idi. Sonuncu səfir Con Bas 2014-2017-ci illərdə bu vəzifəni icra edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR