Slimfit
  1. DÜNYA

ABŞ dövlət katibi Navalnının ölümünə görə Rusiyanı günahlandırdı

ABŞ dövlət katibi Navalnının ölümünə görə Rusiyanı günahlandırdı
Sakura

ABŞ dövlət katibi Navalnının ölümünə görə Rusiyanı günahlandırdı

“Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiya hakimiyyəti məsuliyyət daşıyır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində deyib.

“Onun Rusiya həbsxanasında ölümü hakimiyyət sisteminin zəifliyini və çürüdüyünü göstərir”, - deyə Blinken bildirib.

“Biz Aleksey Navalnı ilə bağlı vəziyyətə görə narahatlıq keçirən bir çox başqa ölkələrlə danışıqlar aparacağıq”, - deyə ABŞ dövlət katibi qeyd edib.

“Əgər bu xəbərlər doğrudursa, onun həyat yoldaşına və ailəsinə başsağlığı veririk”, - deyə o, əlavə edib.

Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən və Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan rusiyalı müxalifətçi Aleksey Navalnı vəfat edib.

Mənbə: Qolos Ameriki

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR