Dərc edildi: Baxış sayı: 1118
ABŞ dövlət katibi Bayramov və Mnatsakanyanla görüşündən yazdı
ABŞ-ın dövlət katibi Mayk Pompeo "Twitter" hesabında Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə bağlı yazıb.
"Bu gün Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla keçirilən ayrı- ayrı görüşlərdə Dağlıq Qarabağ münaqişəsində zorakılığın dayandırılması üçün kritik addımları müzakirə etdik. Hər iki tərəf atəşkəsi tətbiq etməli və substantiv (ikitərəfli) danışıqlara qayıtmalıdırlar", - deyə Pompeo qeyd edib.
Mənbə: yeniavaz.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət