ABŞ diplomatı ermənilərlə bağlı sualdan niyə yayındı?
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri mətbuat konfransı zamanı Anadolu Agentliyinin əməkdaşının sualından açıq şəkildə yayınması diqqətdən qaçmayıb.
Axar.az xəbər verir ki, müxbirin “SDQ adını verdiyiniz PKK və YPG-çilər erməni və süryani kilsələrindən, xeyli sayda dinc əhalinin evlərindən istifadə edərək Türkiyəyə qarşı hücumlar təşkil etməsi normaldırmı? Müttəfiqiniz SDQ ilə bununla bağlı hər hansı araşdırma aparırsınızmı?” sualını Cefri ümumi şəkildə cavablayaraq mahiyyətdən yayınıb və suriyalı müxalifləri ittiham etməyə üstünlük verib.
“Hərbi münaqişələrdə hər cür cinayət əməlləri ilə bağlı araşdırma aparırıq. Türkiyə hökumətinə bir neçə dəfə bildirdik ki, suriyalı müxaliflərin M4 M10 magistralında etdiyi hərəkətlərindən çox narahatıq. Rəsmi Ankara atışmalar zamanı YPG-nin Türkiyə ərazilərinə top atışları həyata keçirdiyini qeyd edib. Səhv etmirəmsə, 20 mülki şəxs ölüb, xeylisi yaralanıb. Bunlara da diqqət etmək lazımdır”, - deyə diplomat bildirib.
Cefri “Hücumların kilsələrdən həyata keçirilməsi ilə bağlı nə deyirsiniz?” sualına isə “Deyəcəklərim bu qədər” cavabı ilə kifayətlənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət