Dərc edildi: Baxış sayı: 396
ABŞ diplomat ailələrini bu ölkədən təcili çıxarır
ABŞ hökuməti Boliviyada yaşayan diplomat ailələrinin təcili şəkildə təxliyəsi ilə bağlı qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
Məlumata görə, qərara səbəb ölkədə baş verən kütləvi iğtişaşlardır.
ABŞ Dövlət Departamenti həmçinin vəzifəsi fövqəladə status daşımayan dövlət işçilərini də Boliviyanı tərk etməyə çağırıb.
Qeyd edək ki, kütləvi etirazlar və iğtişaşlar səbəbindən Boliviya Prezidenti Morales istefa verərək, Meksikaya sığınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət