Dərc edildi: Baxış sayı: 292
ABŞ-də bu həftə İsrailə yardım haqqında qanun layihəsinə baxılacaq
ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə İsrailə yardım haqqında qanun layihəsini nəzərdən keçirəcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson "Fox News"a müsahibəsində deyib.
"Bu həftə biz Nümayəndələr Palatasına İsrail üçün ayrıca maliyyə vəsaiti ayrılması üçün qanun layihəsi təqdim edəcəyik. Bilirəm ki, Senatdakı respublikaçı həmkarlarımızın da oxşar qanun layihəsi var", - M.Conson bildirib.
O vurğulayıb ki, hazırda İsraildə baş verənlər dərhal diqqət tələb edir.
Bundan əvvəl məlumat verilib ki, Nümayəndələr Palatası İsrailə dəstək üçün 14,5 milyard dollar məbləğində qanun layihəsini təklif etməyə hazırdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət