Slimfit
  1. DÜNYA

ABŞ-dan Türkiyəyə II zərbə: Sanksiya layihəsi qəbul edildi

ABŞ-dan Türkiyəyə II zərbə: Sanksiya layihəsi qəbul edildi
Sakura

ABŞ-dan Türkiyəyə II zərbə: Sanksiya layihəsi qəbul edildi

ABŞ Nümayəndələr Palatası Türkiyəyə qarşı “Sülh bulağı” əməliyyatı və S-400-ləri almasıyla bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsi qəbul edib.

Axar.az xəbər verir ki, qanun layihəsinin lehinə 403 konqresmen, əleyhinə isə 16 nəfər səs verib. Qanun layihəsinə əsasən, yüksək çinli türk məmurlarına, o cümlədən müdafiə nazirinə və “Xalq Bank”a qarşı sanksiya tətbiq edilməlidir. Üstəlik, qanun layihəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinin aktivlərinin öyrənilməsi haqqında bənd də yer alıb.

Nümayəndələr Palatasının qəbul etdiyi qərarın qüvvəyə minməsi üçün onu Senat və prezident təsdiqləməlidir.

Türkiyə Xarici İşlər Nazirliyi qanun layihəsini kəskin tənqid edib və bunun NATO, eləcə də ABŞ-la Türkiyə arasındakı Suriya razılaşmasının ruhuna zidd olduğunu deyib.

Qeyd edək ki, Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanıyıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR