Slimfit
  1. DÜNYA

ABŞ-dan rus nümayəndə heyətinə ağır zərbə

ABŞ-dan rus nümayəndə heyətinə ağır zərbə
Sakura

ABŞ-dan rus nümayəndə heyətinə ağır zərbə

ABŞ audit üzrə beynəlxalq konfransda iştirak etməli olan Rusiya nümayəndə heyətinə viza verməyib.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiyanın Vaşinqton səfirliyi yayıb.

“Audit üzrə beynəlxalq konfransda iştirak etmək üçün 3 dekabrda Vaşinqtona səfər etməli olan Rusiya Federal Xəzinədarlığının nümayəndə heyətinə viza verilməyib”, - deyə səfirliyin rəsmi saytında qeyd edilib.

Həmçinin, səfirlik qeyd edib ki, ABŞ Dövlət departamenti Rusiya XİN-in xaricdə yaşayan rusiyalılarla iş üzrə departamentinin direktoru Oleq Malginovun Nyu Yorka səfərinə də mane olub. O, 28-29 noyabr tarixlərində Gənclər Forumunda iştirak etməli idi.

Xatırladaq ki, noyabrda ABŞ Moskvanın “Spartak” futbol klubunun oyunçularına, oktyabrda isə BMT-nin Baş Assambleyasındakı rus nümayəndə heyətinə 18 vizanın verilməsindən imtina etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR