Dərc edildi: Baxış sayı: 321
ABŞ-dan İsrailə: Bu hücum çox böyük səhv olacaq
Bütün xəbərdarlıqlara baxmayaraq, İsrailin Rəfaha mümkün hücumu çox böyük səhv olacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu ABŞ vitse-prezidenti Kamala Harris deyib.
"Buradakı insanların gedəcək yerləri yoxdur. Rəfaha qarşı hərtərəfli hərbi əməliyyatın böyük bir səhv olacağını açıq şəkildə söylədik. Qəzza ilə bağlı prioritetlərimizi qorumağa davam edəcəyik. Günahsız fələstinlinin öldürülməsinə qarşıyıq. Fələstin xalqı təhlükəsiz və rahat formada yaşamaq haqqına sahibdir”, - Harris bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət