Dərc edildi: Baxış sayı: 523
ABŞ-da ölüm hökmü tətbiq olunacaq
ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsi hazırlayıb.
TASS xəbər verir ki, bu haqda ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mark Şort bildirib.
“Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsi hazırlayıb. Vitse-prezidentin komandası baş prokuror Uilyam Barr ilə bununla bağlı iş görür”, – deyə, o, bildirib.
O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət