Dərc edildi: Baxış sayı: 452
ABŞ-da neft hasilatının həcmi azalıb
ABŞ-da aprelin 4-dən 10-dək olan müddətdə gündəlik neft hasilatının həcmi azalıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.
Belə ki, hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi 100 min barel azalaraq 12,3 milyon barel təşkil edib.
Fevralın əvvəlindən bəri ABŞ-da gündəlik hasilat 13 milyon barel və ya daha yüksək səviyyədə olub.
Bir həftə əvvəl ölkədə neft hasilatı gündəlik 12,6 milyon barelə düşmüşdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət