Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

ABŞ-da koronavirusa qarşı vaksinlərin sınağına başlanıb

ABŞ-da koronavirusa qarşı vaksinlərin sınağına başlanıb
Sakura

Peyvəndin 12-18 ay ərzində geniş istifadəsi mümkün olmayacaq

ABŞ-da eksperimental bir koronavirus peyvəndinin sınaqları başlayıb. Bu barədə "Associated Press" ə istinadən Ens.az saytı məlumat yayıb.

Vaşinqton Tədqiqat İnstitutunun alimləri potensial koronavirus peyvəndi sınaqdan keçirməyin ilk mərhələsinə başladıqları və rekord müddətdə inkişaf etdirildiyi bildilir.

"Peyvənd sınaqları müvəffəqiyyətli olsa belə, 12-18 ay ərzində geniş istifadə üçün əlçatan olmayacaq" ABŞ Milli Səhiyyə İnstitutundan doktor Entoni Fauçi bildirib.

Bununla belə doktor Fauçinin sözlərinə görə, vaksinin axtarışı "xalq sağlamlığı üçün təxirəsalınmaz prioritetdir".

"Rekord sürətlə başlanan yeni araşdırma məqsədə çatmaq üçün vacib bir addımdır" deyib o.

Bu, üzərində iş aparılan yeganə potensial koronavirus peyvəndi deyil. Dünyada onlarla tədqiqat qrupu COVID-19 əleyhinə bir peyvənd yaratmağa səy göstərir.

Mənbə: www.rbc.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR