Dərc edildi: Baxış sayı: 1159
ABŞ-da koronavirusa qarşı peyvəndin insanlar üzərində sınağına başlanıb
ABŞ-da yeni növ koronavirusa qarşı peyvənd sınaqdan keçirilib.
APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, peyvəndin sınağı Vaşinqtonda baş tutub və peyvənd 4 nəfərin üzərində sınaqdan keçirilib.
Qarşıdakı günlərdə sağlam 45 nəfərin könüllü şəkildə sınaqlara cəlb olunacağı vurğulanıb. Qeyd olunub ki, peyvənd uğurlu olacağı təqdirdə, 12-18 ay müddətində insanların istifadəsinə verilə bilər.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət