ABŞ-da keçini “bələdiyyə sədri” seçdilər
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vermont ştatında “Linkoln” adlı keçi “Feyr Haven” qəsəbəsinin “fəxri bələdiyyə sədri” seçilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 2500 nəfər əhalisi olan qəsəbənin bələdiyyə sədri seçilən keçinin ilboyu qəsəbədə həyata keçiriləcək tədbirlərdə iştirakına şərait yaradılacaq.
Qəsəbəni idarə edən Coy Gunter yerli mətbuata verdiyi açıqlamada bildirib ki, qəsəbənin bələdiyyə sədri olmadığından bu vəzifəyə bir heyvanı "fəxri bələdiyyə sədri” kimi seçmək qərarı verilib. Seçim səsvermə ilə olub.
Heyvanlar arasında yarışmanın ianə yığmaq üçün də yaxşı bir fikir olduğunu deyən Gunter, seçkiyə qatılan 16 heyvanın hər biri üçün 5 dollar iştirak pulu alındığnı deyib.
3 yaşlı “Linkoln” 53 səsdən 13-nü qazanaraq, “fəxri bələdiyyə sədri” seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət