Dərc edildi: Baxış sayı: 428
ABŞ-da ev təsərrüfatlarının borcu rekord 14,3 trln. dollara çatıb
Bu ilin I rübündə ABŞ-da ev təsərrüfatlarının borcu 155 mlrd. dollar və ya 1,1% artaraq rekord 14,3 trln. dollara çatıb.
"APA-Economics"in Nyu-Yorkun Federal Ehtiyat Bankının hesabatına istinadən verdiyi məlumata görə, mart ayının ikinci yarısından bəri 30 milyondan çox amerikalı işsizlik müavinəti üçün müraciət edib.
Bundan əlavə, ipoteka borcları 2019-cu ilin IV rübünə nisbətən 156 mlrd. dollar artaraq 9,71 trln. dollara çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət