Slimfit
  1. MARAQLI

ABŞ-da ən bahalı kofenin fincanı 75 dollardır

ABŞ-da ən bahalı kofenin fincanı 75 dollardır
Sakura

Bu kofe növü Elida Geisha Natural adlanır

Ens.az xəbər verir ki, ABŞ-da ən bahalı kofe San-Fransiskoda (Kaliforniya ştatı) satılır. İçkinin xüsusi növünün bir fincanı 75 dollara başa gələcək.

CNN şirkəti açıqladığı kimi bu kofe növü Elida Geisha Natural adlanır. Klatch Coffee şirkəti onun dənini Panamadakı hərracda həddindən artıq qiymətə - bir funtu üçün 803 dollara əldə edib. Qovurduqdan sonra Elida Geisha Natural kofesinin qiyməti 1200 dollara qalxdı.

Bununla belə, Klatch Coffee hərracda bu kofenin cəmi beş kiloqramını aldı. Ümumiyyətlə, keçən il keçirilən auksionda satışa cəmi 45kq eksklüziv dən çıxarılmışdı.

“Bu kofe başqa yerlərdə olduğu kimi qovrulmur. Bizdə onu qədim dövrlərdəki kimi qovururlar”, - Klatch Coffee təsisçilərindən biri olan Bo Tiara bildirib. O hesab edir ki, ABŞ-da heç kimdə bu kofe növündən yoxdur. Bu firmadakı kofe hazırlayanlar müştərilərə xidmət etmək üçün ən azı 406 saat işləməlidirlər.

Həmçinin Klatch Coffee internet vasitəsilə Elida Geisha Natural dənələrini satır. 18 qram 75 dollara başa gələcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR