Dərc edildi: Baxış sayı: 379
ABŞ-da bir milyondan çox sakin təxliyyə olunur
ABŞ-n cənub-şərqindəki Virciniya, Şimali Karolina, Cənubi Karolina ştatlarında bir milyondan çox sakin təcili təxliyyə olunmalıdır.
“Report”un CNN-ə istinadən verdiyi xəbərə görə, səbəb bölgəyə yaxınlaşan Florens qasırğasıdır. Belə ki, bölgədə dövlət müəssisə və idarələri, məktəblər, xəstəxanalar müvəqqəti olaraq bağlanır, Milli Qvardiya bölmələri hazırlıq vəziyyətinə gətirilib. Fövqəladə hazırlıqlar Mərilənd ştatında da həyata keçirilir.
Bölgənin yanacaq doldurma məntəqələrində uzun növbələr müşahidə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət