ABŞ Çindən idxal olunan yeni məhsullara vergi tətbiq edəcək
Amerikan administrasiyası 200 milyard dollar dəyərində vergiyə cəlb olunacaq çin məhsullarının geniş siyahını hazırlayıb.
Ens.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ-da 200 milyard dollar ümumi dəyərə malik yeni çin məhsullarının siyahısı tərtib olunub ki, onlar 10% əlavə gömrük rüsumuna cəlb olunacaq.
“Tramp Administrasiyası artıq bir ildir ki, Çinə ticarət münasibətlərində haqsız praktikanı dayandırmağı, öz bazarlarını açmağı, həqiqi bazar rəqabətinə daxil olmağı nəzakətlə təklif edir. Bizim qanuni narahatlıqlarımıza reaksiya vermək əvəzinə, Çin amerikan məhsullarına qarşı cavab tədbirləri gördü”, - ABŞ ticarət nümayəndəsi Robert Laythayzer bəyan edib. Qeyd olunur ki, yeni tariflər Çindən idxal olunan qida məhsulları, tütün məhsulları, kimyəvi məhsullar, kömür, polad, alüminium, avtomobil şinləri, mebel, ağacdan hazırlanan məhsullar, heyvan yemi, xalçalar, velosipedlər kimi məhsullara aid olunacaq. Onlar siyahının dərc olunmasından iki ay sonra qüvvəyə minəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət