Dərc edildi: Baxış sayı: 517
ABŞ bu adamı bizə verməlidir - Ərdoğan
Terror qruplaşmalarının rəhbərliyində olanlar ABŞ, Fransa və Almaniya ilə danışıqlar aparır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə açıqlamasında deyib.
“Məzlum (SDQ rəhbəri) deyilən şəxs qırmızı bülletenlə axtarışda olan biridir. ABŞ bu adamı bizə təslim etməlidir. Ədliyyə Nazirliyinə bildirdim. Onlar da bu şəxsi istəyəcəklər”, - deyə türk lider bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriya Demokratik Qüvvələri (SDQ) rəhbəri Məzlum danışıq apardığını açıqlamışdı.
Bundan əlavə, terrorçubaşı Moskvada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə telekonfrans keçirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət