Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 9 və 10-cu nömrələrini nəşr etdirib
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 9 və 10-cu nömrələrini nəşr etdirib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalın 9-cu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödənişyolu ilə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
“Abituriyent” jurnalının 10-cu nömrəsində isə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət