Dərc edildi: Baxış sayı: 759
Abdulla Paşa Canızadə - Abdulla Canızadə Aşıq Valehə
Ey Səfi, şahi-Nəcəf evi sənə məskən ikən,
Niyə ol ruzəni tərk etdin əgər adəm idin.
Olmadı gün kimi yarın sərikuyində yerin,
Sən məgər ol vəfa bəzminə naməhrəm idin:
Süst rayin səni məhrumi-visal etməz idi.
Rəhi eşq içrə əgər sabiti müstəhkəm idin,
Qürb övlad-Əlidir səbəbi rəhməti-həqq.
Sən bu mənada məgər cahili la-iələm idin.
Kəfin əshabını tərk etmədi, sək, bir saət
Sən ki, insan idin, axmaq, məgər onda kəm idin?
Müstəqit olsaydı eşqilə təbin daim,
Həqətək dərgahi-mövlada bəsi möhkəm idin.
Dəsti- ixlas ilə canan ətəyin tutsaydın,
Şərəfi rütbədə sultan hamu-aləm idin.
Qənbəra, Valehi, tən etmə ki, bəc biqəmdir.
Sən dəxi cahil əgər olsaydın, biqəm idin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət