Slimfit
  1. ƏDƏBİYYAT

Abdulla Padarlı - Oldun

Abdulla Padarlı - Oldun
Sakura

Abdulla Padarlı - Oldun qoşması

Başma döndüyüm xubların şahı,
Bir de görüm, indi kimə yar oldun? 
Kim öyrətdi səni, kimlər ayırdı. 
Hansı eşqə düşüb biilqar oldun?

Mən çəkdim yolunda cövrü-cəfanı, 
Sən sürdün qeyrilə zövqü-səfanı, 
Yenə üzdün məndən əhdü-vəfanı, 
Kimlərin sözüylə məndən zar oldun?

Haçan, dilbər, iki kəlmə danışdıq? 
Bir xəlvətdə bir-birmizə sarışdıq? 
Haçan görüm öpüb, qucub, barışdıq? 
Haçan dövran sürüb bəxtiyar oldun?

O şeytanın, görüm işi zar olsun, 
Doğranıb, tökülüb, xəlqə car olsun,
Bir yara can ver ki, sənə yar olsun,
Sən ki, gedib özgələrə yar oldun?!

Qəm çəkməkdən canım üzüldü, billah, 
Dilbəri görsəniz deyərsiz: Allah, 
Neyləmişdi sənə fəqir Abdullah, 
Əğyarə gül olub, ona xar oldun?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR