Dərc edildi: Baxış sayı: 1191
Abdulla Padarlı - Bəyənməz qoşması
Ay ağalar, bir zəmanə gəlibdir,
Həmtay olan heç həmtayı bəyənməz.
Qara qızlar sürmə çəkib gözünə,
Gözəllikdə Züleyxayı bəyənməz.
Müqəddəm bəylərə verirdi qəlyan,
Xəlayiqi quduz kimi dalayan,
Ayaq üstə sini dibi yalayan,
Qohum-qardaş, əmi-dayı bəyənməz.
Namərdlərin dolu olur, torbası,
Deyir: «Mənəm tacirlərin zorbası»,
Ya bunların artıq düĢüb arpası,
Düldül kimi badpayı bəyənməz.
Kor bəyənməz mütləq gözü görəni,
Kar da qulaqları darı dələni,
Hampalar inçidir çörək verəni,
İgit qudurub, qaysavayı bəyənməz.
Yəqin gündüz gəzə bilməz yarasan,
Gecələr də deyər: «Mənimdir dövran»,
Çip-çip edər alacəhrə, bitdiyan.
Oxumaqda torağayı bəyənməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət