Dərc edildi: Baxış sayı: 12535
Abbas Səhhət - Vətən şeiri
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstünde onu.
Südüdür kim, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox