Milli Ensiklopediya
Dərc edildi: Baxış sayı: 7666
:34
AÁLEN MƏRTƏBƏSİ
AÁLEN MƏRTƏBƏSİ (AFR-də Aalen ş.-nin adından) – Yura sistemində orta şöbənin aşağıdan birinci mərtəbəsi. 1864-cü ildə İsveçrə geoloqu Mayer-Eymar tərəfindən ayrılmışdır. A.m.-nin dəniz çöküntüləri gil, qumdaşı, tuflu qumdaşıdan ibarətdir. Səciyyəvi faunası ammonitlər – Leioceras opalinum, L. sinon, Ludwigia concava, L. murchisonae, Hammatoceras subinsigne, Tmetoseras scissium, belemnitlər, yastıqəlsəməlilər, foraminiferlər və s.-dir. Azərb.-da, əsasən, Böyük Qafqazda (şm.-q. hissəsində) və Kiçik Qafqazda (Əsrik çayı və Axınca çayı hövzələrində) yayılmışdır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət