92 dövlət əmlakı özəlləşdirilir - vaxt açıqlandı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 30-da keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb.
Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir.
Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır.
Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 6-sı Bakıda, 5-i Sumqayıtdadır. Ümumi faydalı sahəsi 49.4 kv.m olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşir. Qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs ondan ofis və xidmət obyekti kimi istifadə edə bilər.
Səhmdar cəmiyyətlərinin 30-45%-lik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Təmir-tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər iqtisadi sahələrə aid olan dövlət əmlakları Yevlax, Beyləqan, İsmayıllı kimi şəhər və rayonlarda yerləşir.
Budəfəki hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1998-2007-ci illərə aiddir. "Nissan", "QAZ", "Kia" markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətləri 1.5 min ilə 7 min manat arasındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət