Slimfit
  1. MEDİA

9 Noyabr – Dövlət Bayrağı Günü Gəncədə təntənə ilə qeyd olunub

9 Noyabr – Dövlət Bayrağı Günü Gəncədə təntənə ilə qeyd olunub
Sakura

9 Noyabr – Dövlət Bayrağı Günü Gəncədə təntənə ilə qeyd olunub

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Gəncədə “Bayraq yürüşü” keçirilib. “Bayraq yürüşü” Gəncə Şəhər İcra Hakimiyyətinin və şəhər Gənclər və İdman baş idarəsinin birgə təşkilatçılğı ilə reallaşıb. Şəhərin Heydər Əliyev meydanına toplaşan şəhər ictimaiyyəti Bayraq meydanında yürüş edib. Yürüşdə “N” saylı hərbi hissənin əsgərləri tərəfindən uzunluğu 50, eni 4 metr olan Azərbaycan bayrağı hərbi orkestrin müşaiyyəti ilə Bayraq meydanına gətirilib. Həmçinin burada şeir və musiqi sədaları altında “Gənc Şahinlərin” təntənəli keçidi izlənilib.

Yürüş Bayraq meydanında təşkil olunan bayram tədbiri ilə davam edib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri,  hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə şəhər sakinləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, dövlət bayrağı ilə bağlı ilk qərar Gəncədə verilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin ilin 21 iyununda hökumətin qərarı ilə üstündə ağ səkkizguşəli ulduz və aypara təsviri olan qırmızı qumaş Azərbaycanın bayrağı kimi təstiq edilib. 1918-ci ilin noyabrın 9-da isə Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında yeni qərar qəbul edilir. Qərarda deyirlir: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.  Prezident İham Əliyev 2009-cu ilin noyabr ayının 17-də imzaladığı sərəncama əsasən hər il 9 noyabr tarixi - Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Tədbir konsert proqramı ilə davam edib. Gəncə Musiqi Kollecinin “Xor” kollektivi, Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının mahnı və rəqs kollektivi tədbir iştirakçıları qarşısnda çıxış ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR