Slimfit
  1. CƏMİYYƏT

85 yaşlı pinəçinin Almaniyadan alınmış 65 illik yol yoldaşı

85 yaşlı pinəçinin Almaniyadan alınmış 65 illik yol yoldaşı
Sakura

85 yaşlı pinəçinin Almaniyadan alınmış 65 illik yol yoldaşı

Müasir dövrümüzdə unudulmaqda olan qədim pinəçilik bu gün də sənət qədri bilənlər tərəfindən qorunur. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayon sakini, 85 yaşlı Mustafa Heydərov 65 ildir pinəçiliklə məşğuldur.

Usta öz müştərilərini rayonun M.F.Axundov küçəsindəki kiçik bir köşkdə qarşılayır. 

M.Heydərov deyir ki, vaxtilə bu sənət sahiblərinə xüsusi hörmət ediblər:

“O vaxtın pulu ilə 500-600 manata qədər aylıq qazancımız olub. İndi isə bu sənətə maraq azalıb. Gəlir çox azdır”.

Usta təmir etdiyi ayaqqabılar üçün 3-7 manat pul alır.

M.Heydərov 1953-1954-cü illərdə Almaniyada hərbi xidmət zamanı da pinəçiliklə məşğul olub. Elə oradan dörd marka aldığı biz aləti bu gün də qocaman sənətkara yoldaşlıq edir.

Usta sağlamlığı imkan verdiyi qədər, bu peşəni yaşadacağını deyir.

 



 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR