Slimfit
  1. MARAQLI

8 saat və ya daha çox işləyirsiz? – Onda bunu mütləq oxuyun

8 saat və ya daha çox işləyirsiz? – Onda bunu mütləq oxuyun
Sakura

8 saat və ya daha çox işləyirsiz? – Onda bunu mütləq oxuyun

Bugünkü həyat şərtləri bizdən daha çox işləməyi tələb edir. Yeməkdən tutmuş təhsilə qədər hər sahədə bizə pul lazımdır. Maddi ehtiyaclarımızı təmin etmək üçün isə təbii ki, çox çalışmalı oluruq. Çox zaman fərqinə varmadan iş saatlarımız istirahətimizə ayırdığımız vaxtdan xeyli çox olur.
 
Bəs həddindən artıq işləmək insan orqanizmi üçün zərərlidirmi?
 
 Psixoloq Gülnar Orucova bildirib ki, iş saatının çox olması ilk növbədə insanın psixologiyasına mənfi təsir edir:
 
“Bütün dünyada müəyyən iş qrafiki tətbiq olunur. Məsələn, Almaniyada 4-6 saat, bəzi hallarda 8 saat iş rejimi olur. Azərbaycanda isə bir çox sahələrdə, əsasən də özəl sektorlarda 13-14 saata kimi iş rejimi mövcuddur. Məsələn, satıcılar, xadimələr, uzun saat işləməli olurlar, bu da onları yorur. Dövlət bağçalarında iş rejimi 6 saat növbə ilə müəyyənləşdirilib. Çünki uşaqlarla işləmək çox çətindir. Özəl iş yerlərində isə saat 8-dən axşam 7-yə qədər iş qrafiki tətbiq olunur. Yəni iş saatı uzundur. Diqqət etsəniz, görərsiniz ki, uşaqlara şiddət göstərən müəllimələrin çoxu özəl bağçada çalışanlardır. Çünki günün çox saatını işləmək insanı aqressiv edir, gərginlik və məsuliyyətsizlik yaradır. Peşəkarlar belə çox işlədikləri zaman gərginləşə və işlərinin öhdəsindən gəlməyə bilərlər”.
 
G.Orucovanın sözlərinə görə, çox işləmək insanda yanma sindromu əmələ gətirir:
 
“Həddən artıq işləmək insanda yanma sindromu əmələ gətirir. Yanma sindromu ilə üzləşənlər artıq gördüyü işdən bezir, o işdən canını qurtarmağa çalışır. Bu sindromla üzləşən adamlar mütləq dincəlmək üçün özlərinə vaxt ayırmalıdırlar. Elə insanlar var ki, əllərində kifayət qədər pul olduğu halda özlərinə istirahət üçün vaxt ayıra bilmirlər. Bu da gələcəkdə sağlamlıqlarında ciddi problemlərə yol açır. Ona görə bütün sektorlarda iş saatına qrafiklər tətbiq olunmalıdır”.
 
Psixoloq vurğulayıb ki, insan sevdiyi işlə məşğul olarsa, daha çox işində daha çox peşəkar olar:
 
“Bu gün iş tapmaq çətin olduğu üçün insanlar harda gəldi işləməyə məcbur qalırlar. Bəzən valideynlər uşaqların arzularını nəzərə almır, onları öz istədikləri sahəyə yönləndirlər. Bu amil gələcəkdə onların uğursuzluqlarına səbəb ola bilər. Çünki insan sevdiyi işə daha həvəsli yanaşır. Sevmədiyi peşə isə onu tez yorur”.
 
Terapevt Coşqun Məmmədlinin fikrincə, insanın həddən artıq işlə yüklənməsi zərərlidir:
 
“Hansı sahədən asılı olmayaraq çox işləmək həm psixi, həm də fiziki problemlərə səbəb olur. Çox işləmək insanı yorur, gərginləşdirir və sinir sistemini zədələyir. Əslində gün ərzində iş qrafiki 6-8 saat olmalıdırsa, insanlar maddiyata görə günün çox hissəsini işdə keçirirlər. Bu da mənəvi olaraq insanı çökdürür, beyin yüklənir, stress və halsızlıq yaranır”.
 
Həkimin sözlərinə görə, çox işləyən insanlar daha tez depressiyaya düşürlər:
 
“Mühasiblər, satıcılar, müəllimlər, sosial sahədə işləyən insanlar depressiyadan daha çox əziyyət çəkirlər. Bundan başqa, kompüter arxasında çox çalışan insanlarda şəkərli diabet, piylənmə, qaraciyər  və bel yırtığı kimi xəstəliklərin yaranması ehtimalı yüksək olur. Buna görə də kompüter arxasında oturan insanlar tez-tez hərəkət etməli, fasilə verməlidir. Eyni zamanda, çox yüklənən insanlarda qan təzyiqi də yüksək olur, bu da digər xəstəliklərlə yanaşı, ürək problemlərinə yol açır. Gündə 10 saatdan çox işləmək insanlarda infarkt riskini də artırır”.
 
Həkim onu da qeyd edib ki, çox işləmək beyinə mənfi təsir göstərir və yaddaşı zəiflədir.
Mənbə: bizplus.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR