Slimfit
  1. MARAQLI

77 yaşı var, 55 ildir saçını kəsmir

77 yaşı var, 55 ildir saçını kəsmir
Sakura

77 yaşı var, 55 ildir saçını kəsmir

Çinin Sıçuan vilayətində kişi 55 il saçını kəsməyib. Nəticədə saçı 5.5 metrə qədər uzanıb.

Bizimyol.info xəbər verir ki, 77 yaşlı Ake İçjen saçını uzatmağa başlayanda onun 23 yaşı olub. Deyir ki, saç kəsdirməməyin sağlamlıq üçün faydalı olduğunu eşidib və belə qərar verib. Onun sözlərinə görə, saçını uzatmağa başlayandan bir neçə il sonra 1000 yuan müqabilində kəsdirməyi təklif ediblər, amma razılaşmayıb.

Uzun saçın yuyulması, daranması ona müəyyən çətinliklər yaratsa da, Ake artıq vərdiş edib, şikayətlənmir. Gəlini deyir ki, bu qədər uzun saçla yaşamaq onun üçün normal haldır: “O, ayda azı iki dəfə bərbərxanaya gedir. Orada onun saçını yuyurlar, qaydaya salırlar. Üç saat ərzində bu işi iki və ya üç adam görür”.

Gəlin qayınatasının bərbərxanada saçını qaydaya saldığı prosesi videoya çəkərək, sosial şəbəkələrdə yayıb. Şərh yazanlar Akenin Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət etməsini məsləhət görüblər.

Ginnesin Rekordlar Kitabında adı olan ən uzun saçlı adam da çinli qadındır. Se Tsyupinin saçının uzunluğu 5.6 metrdir. Analoji kişi rekordu isə yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR