Dərc edildi: Baxış sayı: 638
73 yaşlı futbolçu kimi "Ginnesin Rekordlar kitabı"na düşdü
İsrailin "İroni Yehuda" klubunun qapıçısı İsaak Hayik "Ginnesin rekordlar kitabı"na düşüb.
Qol.az-ın "Reuters" agentliyinə istinadən yaydığı xəbərə görə, 73 yaşında meydana çıxan qolkiper peşəkar karyerasını davam etdirən ən yaşlı oyunçu kimi tarixə düşüb. Aşağı dəstədə "Makkabi Ramat Qan"la matçda (1:5) "İroni Yehuda"nın qapısını qoruyan Hayikə oyundan sonra xüsusi mükafat təqdim olunub.
Qolkiper bu göstərici ilə uruqvaylı Roberto Karmonanın (53 yaş) rekordunu yeniləyib.
Qeyd edək ki, İraqda doğulan Hayik 20-ci əsrin ortalarında 10 minlərlə yəhudi kimi ailəsi ilə birlikdə İsrailə köç edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət