Slimfit
  1. CƏMİYYƏT

7 yaşlı Fəridi öldürən Mehman Xəlilov niyə sevilirdi?

7 yaşlı Fəridi öldürən Mehman Xəlilov niyə sevilirdi?
Sakura

7 yaşlı Fəridi öldürən Mehman Xəlilov niyə sevilirdi?

Aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb.

 Ens.az xəbər verir ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb.

 Qeyd edək ki, azyaşlının ölümünə səbəb olan Mehman Xəlilov II Avropa Oyunlarında bürünc medal qazanıb. 57 kq çəki dərəcəsində güləşən samboçu Mehman Xəlilov erməni rəqibi Maksim Manukyana 9:1 hesabı ilə qalib gəlib.

Mehman Xəlilovun erməni rəqibini döşəyə çıxmağa peşman etməsi həmin vaxt onu qəhrəmana çevirmişdi. Hər kəs onun qələbəsindən danışır və onun uğurunu təqdir edirdi. Lakin bu gün M.Xəlilovun azyaşlının ölümündə ittiham olunaraq saxlanılması onu anti-qəhrəmana çevirib.(baku.vs)

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR