Slimfit
  1. İQTİSADİYYAT

600 manat birdəfəlik müavinət kimlərə verilir?

600 manat birdəfəlik müavinət kimlərə verilir?
Sakura

600 manat birdəfəlik müavinət kimlərə verilir?

İşğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız artıq 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə bilirlər. Müavinət proaktiv qaydada təyin edilir. Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, ən çox müraciət edilən suallardan biri də 600 manat birdəfəlik müavinətin kimlərə şamil olunması ilə bağlıdır:

“Qeyd edək ki, bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belə ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə başlanılıb. Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər.

Bu isə o deməkdir ki, işğaldan azad olunan ərazilərimizdə çalışan və sadəcə orta məktəbi bitirənlər həmin müavinətdən istifadə edə bilmirlər. Aydındır ki, bu müavinətin verilməsində məqsədlərdən biri də həmin ərazilərimizdə ixtisaslı kadrların axınını stimuallaşdırmaqdır”.

Bayramov qeyd edib ki, həmin ərazilərdə, xüsusən də minaların çoxluğu səbəbindən risk faktorunun yüksək olduğunu nəzərə alaraq müavinətin Qarabağ və Şərqi Zəngəzurda çalışan bütün vətəndaşlarımızı əhatə etməsi məqsədəuyğun olardı:

“Bu baxımdan təklif edirik ki, sadəcə orta məktəb bitirən vətəndaşlarımız da diferensial olaraq həmin müavinəti almaq hüququna malik olsunlar. İşğaldan azad olunan ərazilərimizdə çalışan və sadəcə orta məktəb bitirmiş vətəndaşlarımız diferensial yanaşma ilə müavinətin 50 faizi həcmində dəstək, yəni 300 manat almaq hüququna malik ola bilərlər. Bu bir tərəfdən ixtisaslı kadrların stimullaşdırılması hədəfinin qalmasına, digər tərəfdən isə həmin ərazilərdə çalışan bütün işçilərin müavinətdən istifadə etməsinə imkan yarada bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR