Slimfit
  1. İDMAN

60 yaşlı cüdoçumuz yeddinci dəfə Avropa çempionu oldu

60 yaşlı cüdoçumuz yeddinci dəfə Avropa çempionu oldu
Sakura

60 yaşlı cüdoçumuz yeddinci dəfə Avropa çempionu oldu

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli yeddinci dəfə Avropa çempionu olub.

Oxu.Az-ın xəbərinə görə, M7 kateqoriyasında, 90 kiloqram çəki dərəcində yarışan səkkizqat dünya çempionumuz İspaniyanın Las Palmas şəhərində keçirilən qitə birinciliyində hamıdan güclü olub.

60 yaşlı idmançımız Finlandiya, Almaniya və Xorvatiyadan olan rəqiblərini məğlub edərək yeddinci dəfə Avropanın güclüsü adını qazanıb.

Bundan başqa, veteran cüdoçularımızdan Müşfiq Cəfərov (M5, -66 kq) və Yaman Fətiyev (M5, -100 kq) gümüş medal qazanıb.

Qeyd edək ki, bu yarışa 13 kişi veteran cüdoçumuz qatılıb. Daha səkkiz cüdoçumuz – Rəsul Ağamirov (M4, -90 kq), Mahir Ağamirzəyev (M3, -90 kq), Azər Əsgərov (M5, -90 kq), Samir Fətəliyev (M3, -81 kq), Babək Hacıyev (M3, -60 kq), Mübariz Cəfərov (M4, -81 kq), Mehman Koroğluyev (M3, -60 kq) və Çingiz Orucov (M4, +100 kq) qızıl medal qazanmağa çalışacaq.

Yarışa iyulun 28-də yekun vurulacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR