Dərc edildi: Baxış sayı: 1446
6 il öncə ölən atasını evində "yaşadır"
Türkiyənin Giresun bölgəsində yaşayan Mürtəza Kuğu 6 il öncə vəfat edən atasının xatirəsini yaşatmaq üçün hazırlatdığı heykəli ilə yaşayır.
Metbuat.az xəbər verir ki, Kuğu heykələ atasının paltarlarını geydirərək evinin baş hissəsinə yerləşdirib.
M.Kuğu deyib ki, atası bölgədə hörmət olunan şəxs olduğundan evə gələnlər “ata”sının əlindən öpürlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət