Slimfit
  1. MARAQLI

575 avroluq paltar - 100 il ömrü var

575 avroluq paltar - 100 il ömrü var
Sakura

575 avroluq paltar - 100 il ömrü var

Mərkəzi Londonda yerləşən “Vollebak” kişi geyimləri markası ilkə imza atıb.

Publika.az xəbər verir ki, marka 100 il ərzində geyinilə biləcək şalvarlar istehsal edib.

Yeni şalvarlar olduqca şıq görünüşə sahibdir. Şirkət məhsulların həm də rahat olduğunu bildirir.

Bəs geyim markası bu qədər davamlı geyimi necə əldə edə bildi?

Bütün zamanların ən populyar rəngləri olan xaki və qranit bozu rəngi aktiv və macəraçı həyat tərzinə sahib insanların sevimlisi olub. Həmin 100 illik geyimlər də bu rəngdə dizayn edilib. Bu şalvarlar hətta ayaqlarda olan fiziki qüsuru da örtmək potensialına malikdir. Şalvarın içliyi termal və mexaniki müqavimətə tab gətirən aramid parçasından hazırlanıb. Bu da geyimin rahat olmasını təmin edir. Aramid sintetik olmasına rəğmən, dərinin hava almasına imkan yaradır. Şalvar 3 qat parçadan hazırlanıb. Aramid parçası bədən və istilik arasında bariyer olan orta təbəqə, su keçirməyən və elastik olan xarici səth və içlik.

“Vollebak” bu 100 illik şalvarların astronavtların geyimindən belə daha etibarlı olduğunu iddia edir.

Yeni məhsulun qiyməti 575 avrodur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR