Slimfit
  1. İDMAN

55 milyon borcu olan klubun acınacaqlı vəziyyəti: Futbolçular şam işığında hazırlaşır

55 milyon borcu olan klubun acınacaqlı vəziyyəti: Futbolçular şam işığında hazırlaşır
Sakura

55 milyon borcu olan klubun acınacaqlı vəziyyəti: Futbolçular şam işığında hazırlaşır

Türkiyənin TFF 2-ci liqasında mübarizə aparan “Manisaspor” çətin günlərini yaşayır.

Publika.az xəbər verir ki, sabiq futbolçularının maaşını ödəyə bilmədiyi üçün Superliqanın turnir cədvəlindən 15 xalı silinən və liqanın ən alt sıralarına qədər enən komanda 8 ay kommunal borclarını ödəyə bilmədiyi üçün futbolçular şam işığında matçlara hazırlaşır, odun sobası sayəsində isinirlər.

Tarixinin ən çətin dövrlərini yaşayan, borcları səbəbilə elektrik, su və təbii qaz kimi ehtiyaclardan məhrum qalan komanda soyuq günləri istirahət otaqlarında yorğana bürünərək keçirir.

Klubun vitse-prezidenti Altan Çakıcı “Manisapor”u bu çətin durumdan xilas etmək üçün çağırış edib.“Bu komanda 18-19 yaşlı gənc futbolçulardan ibarətdir. Onlar hamısı uşaq məktəbindən buraya gəliblər Universitetə hazırlaşanlar var. Binanın elektrikləri borc səbəbilə kəsilib. Buna görə də onlar şam işığında dərs oxumağa məcburdurlar. Bu vəziyyəti dəyişmək üçün yardım istəyirəm” – vitse-prezident bildirib.

Klubun prezidenti Bülənt Baygeldi isə toplamda 55 milyon TL borclarının olduğunu deyib: “Buradakı uşaqları aparıb başqa komandalarda yetişdirsinlər. Söz verirəm ki, o zaman klubu bağlayacam. Onlar da bunu istəyir. Biz indi klubu bağlasaq, 100 uşağın günahını necə daşıyacağıq? Liqanın bitməsinə 10 həftə vafr. Kənddən gələn uşaqlar küçədə qalacaq. İdmanı buraxıb siqaret, qəlyan çəkəcəklər, kafedə işləyəcəklər”.

Qeyd edək ki, klubun 22 kuboku borc səbəbilə girova qoyulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR