“500 minə yaxın insan üçün bircə musiqi məktəbi var”
İstedadların Himayəsi Fondu yaradılmalıdır.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
Deputat qeyd edib ki, istedadları üzə çıxarmaq üçün mühit formalaşdırılmalıdır: “Müxtəlif sahələrdə çalışan istedadlar üzə çıxarılmalıdır. Onların istedadlarının müəyyən komissiyalar vasitəsilə müəyyənləşdirilməsi lazımdır”.
F.Mustafa vurğulayıb ki, bu gün Balaxanı, Savalan və Zabratda 500 minə yaxın insan yaşayır, lakin bir dənə də musiqi məktəbi yoxdur: “O ərazidə bircə Maştağa Musiqi Məktəbi var. Həmin ərazilərdə yaşayan uşaqlar musiqi öyrənmək üçün uzaq ərazilərdə yerləşən məktəblərə gedirlər. Bu istiqamətdə də addım atılmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət