Slimfit
  1. ELM

500 illik elmi təcrübənin ilkin nəticələri açıqlandı

500 illik elmi təcrübənin ilkin nəticələri açıqlandı
Sakura

Hələ 495 il qalıb

Ens.az xəbər verir ki, mikrobioloqlar bəşəriyyət tarixində ən uzun müddətli sınağın başlanğıc nəticələrindən danışıb.

Bacillus subtilis - saman çubuğu 1835-ci ildə aşkar edilmişdir və hazırda bu basillər cinsinin ən çox tədqiq olunmuş nümayəndələrindən biridir. Onların əsasında davamlı olaraq sınaqlar aparılır (onları hətta kosmosa belə göndəriblər), 2014-cü ildə isə misilsiz bir təcrübə - mikrobların 500 illik təcrid dövrü ərzində diriliyinin öyrənilməsinə başlandı. 

Elmi işi Böyük Britaniya (Şotlandiya), Almaniya və ABŞ-dan olan mütəxəssislər qrupu aparır. Onlar izah edirlər ki, bakterial sporlar olduqca davamlı həyat formalarıdır: ekstermal şəraitə cavab olaraq onlar öz DNT-lərini onlara qarşı yönəldirlər. 500 illik bir sınaq bir neçə suallara cavab verməlidir. Xüsusilə, nəm və havanın olmadığı şəraitdə nə qədər uzun müddət canlılığını saxlayır, bakteriyalar adi mühitə qayıdarkən nə qədər tez bərpa olunacaq, sporların ölüm sürəti necədir və bu nə zaman baş verir? Bütün bunlar Yerdə həyatın 3,5 milyard il əvvəl necə inkişaf etməsini və fərqli şəraiti olan planetlərdə həyatın mövcudluğunu anlamağa kömək edəcək. 

Sınaqlar belə aparılır: bacillus subtilis nümunələri qurudulur və yüzlərlə möhürlənmiş şüşədə bağlanır. Kolba ilə dolu bir qutu Edinburq Universitetində, digəri isə London Təbiət Tarixi Muzeyində yerləşir. Daha bir neçə “sınaq iştirakçısı” aşağı temperatur (təxminən -80°C) və radiasiyaya məruz qalır. İlk 24 il ərzində hər iki ildən bir alimlər sporların vəziyyətini yoxlayaraq bir neçə şüşəni açırlar. Bundan sonra yoxlama daha az aparılacaq: hər 25 ildə bir dəfə. Son nəticələr 2514-ci ildə yekunlaşdırılacaq, indi isə mikrobioloqlar ilk beş ilin nəticələrini təqdim etdilər - bu, sınaq müddətinin təxminən 1%-ni təşkil edir. 

Alimlər qeyd edirlər ki, hələlik tam izolyasiya saman çubuğuna heç cür təsir göstərməyib: o sınağın başlanğıcında olduğu kimi yenə də həyat qabiliyyətlidir və mutasiya əlamətləri göstərmir. Həddindən artıq təsirə məruz qalmış bakteriyalar qismən ölüblər, amma sağ qalanların DNT-ləri izolyasiya edilmişlərdən fərqlənmir. 

Sınağın bir neçə nəsildən sonra yekunlaşacağını anlayaraq, mikrobioloqlar diqqəti bütün qaydalar və təlimatlara ciddi riayət etməyə üstünlük verirlər. Məlumatların itirilməyəcəyinə daha çox əmin olmaq üçün bütün materiallar kağız üzərinə də köçürülür. 

Mənbə: Nat-geo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR