50 dərəcə isti, bağlı liftdə 28 saat qalan qadın ölümdən belə xilas oldu
İtaliyanın Paduya şəhərində qəribə hadisə olub.
Cebhe.info “Corriere del Veneto” qəzetinə istinadən bildirir ki, qadın liftdə 28 saat qalıb. Bu qədər müddət liftdə sağ-salamat qalmasına səbəb isə şərab olub.
Hadisə 28 iyunda qeydə alınıb. Qadən yerli vaxtla 9.30-da lift çağırıb və şərab butılkasını aşağı aparmaq istəyib. Liftə mindikdən sonra o, qəfildən dayanıb və məlum olub ki, liftdə ümumiyyətlə qəza düyməsi yoxdur. Qadın köməyə heç kəsi çağıra bilməyib. Həmin gün temperatir 30 dərəcə olub. Liftdə isə hərarət 50 dərəcəyə çatıb. Qadın şərabın ağzını açaraq onu qurtum -qurtum içib və susuzluğunu belə yatırıb.
1 sutka sonra qızı anasının telefon zənglərinə cavab vermədiyini görərək onun yaşadığı evə gəlib. Beləliklə, italyan qadın liftədən xilas edilib. Qadına həkim yardımı tələb olunmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət