Dərc edildi: Baxış sayı: 494
“5 mindən çox müəllimin maaşı 1000 manatı keçir”
“Dörd min şagirdin sinifdə qalması bizi narahat edən haldır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-ın mənzil qərargahında keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hazırda milyon yarım şagird dərs alır: “Şagirdin il ərzində 4 və daha çox fəndən müvəffəqiyyətsizliyi varsa, sinifdə saxlanıla bilir”.
Nazir müəllimlərin orta əməkhaqqı məsələsinə də toxunub: “Aparılmış islahatlar nəticəsində müəllimlər arasında orta əməkhaqqı 600 manat olub. Dərs yükündən və digər səbəblərdən asılı olaraq 1000 manatdan yüksək əməkhaqqı alanların sayı artıq 5 min nəfəri keçib”.
Günel Hacı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət