Dərc edildi: Baxış sayı: 661
“5 il öncə səhəri xoşolmayan xəbərlə açdıq”
"Bu gün devalvasiyanın yubileyidir. 5 il öncə insanlarımız səhəri xoşolmayan xəbərlə açdı".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev yazıb.
O, devalvasiyadan sonra ölkə iqtisadiyyatında baş verən dəyişikliklərdən bəhs edib:
"Milli valyutamız digər valyutalara nəzərən dəyərini 26%-ə qədər itirdi. Proses bununla bitmədi. 10 aydan sonra oxşar hadisə baş verdi. Devalvasiya banklarımızın 3/1-ni sıradan çıxardı, maliyyə sistemini silkələdi. Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı. Əhali bankların təzyiqi ilə üz-üzə qaldı. Sonradan neft bahalaşdı və bizi və ümumilikdə ölkə iqtisadiyyatını müvəqqəti də olsa xilas etdi.
Bu gün problemlər hələ də qalmaqdadır. Bank sektorunda reanimasiyada olan banklar mövcuddur. Əhalinin kredit borcu həllini tapsa da, əsas borc yükü olan sahibkarlar hələ də "devalvasiya faizi" ödəyirlər. Bütün cəhdlərə rəğmən qeyri-neft sektoru zəif inkişaf edir, neftdən asılılıq qalmaqdadır. 2 dəfə (2008-2009 və 2015) neftin ucuzlaşması hesabına çətinliklə üzləşmişik. Allah 3-cüdən qorusun".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət