Slimfit
  1. AZƏRBAYCAN

5 deputata yeni vəzifə verilir

5 deputata yeni vəzifə verilir
Sakura

5 deputata yeni vəzifə verilir

Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçiriləcək.

Modern.az-ın məlumatına görə, iclasda Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq.

Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə edilmiş son dəyişikliyə görə, parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb.

Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, Milli Məclisin İntizam komissiyasının əvvəlki tərkibi dəyişdirilməyəcək.

İntizam komissiyasının tərkibinə yenidən deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafanın daxil ediləcəyi gözlənilir.

Komissiyanın üzvlərinin sayı 11-ə çatdırıldığından daha yeni 5 yeni üzvün adı da məlum olub. Bunlar: Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kərimzadə və Fəzail İbrahimlidir.

Bundan əlavə, yaz sessiayasının ilk iclasında Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Eyni zamanda, bir neçə qanun layihəsi müzakirə ediləcək.

Ümumiyyətlə isə yaz sessiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı Milli Koordinatorun və  Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR